“Bakı-2017”nin uşu yarışlarının final görüşləri start götürüb
Mayın 22-də Bakı İdman Sarayında IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının final görüşləri start götürüb.

Azərbaycanın üç idmançısı finalda qızıl medal uğrunda mübarizə aparır. Onların hər üçünün rəqibi İran idmançılarıdır.

İdmançılarımızdan ilk olaraq mübarizəyə 56 kiloqram çəki dərəcəsində çıxış edən Elçin Eminov qoşulacaq. Onun finaldakı rəqibi Mahdi Mohammadidir.

Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov (65 kq) isə qızıl medal uğrunda görüşdə Foroud Zafari ilə qarşılaşacaq.

Yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Kərəmov həlledici görüşdə Saeid Fazeli ilə üz-üzə gələcək.

Xəbər 1775 dəfə oxundu.