Azərbaycan atletləri 10 metr hündürlükdən sinxron suyatullanma yarışında ikinci yeri tutublar
Kişilər arasında 10 metr hündürlükdən sinxron suyatullanma yarışında Azərbaycan cütlüyü – Artyom Danilov və Dmitri Sorokin gümüş medala sahib olub.

İran təmsilçiləri Şahnam Nazarpur və Mojtaba Valipur “Bakı-2017”nin qalibi adını qazanıblar. İraq üzgüçüləri Husseyn Əl-Elayavi və Husseyn Əl-Maliki yarışı bürünc medalla başa vurublar.

Xəbər 1611 dəfə oxundu.