Kişilər arasında stolüstü tennis yarışında Azərbaycan millisi üçüncü olub
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilər arasında üçüncü yer uğrunda görüş Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən matçda komandamız Səudiyyə Ərəbistanına 3:1 hesabı ilə qalib gəlib.

Yarışların finalında Türkiyə və İran komandaları qızıl medal uğrunda üz-üzə gələcəklər.

Xəbər 1847 dəfə oxundu.