Qadın pəhləvanımız Səbirə Əliyeva İslamiadanı gümüş medalla başa vurub
IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilərin yarışında növbəti medalı 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbirə Əliyeva qazanıb. Atletimiz gümüş medalla kifayətlənməli olub.

Dairəvi sistem üzrə keçirilən görüşdə Azərbaycan pəhləvanı üç görüşdə qalib gəlib. Belə ki, idmançımız qazaxıstanlı İrina Kazyulinanı, misirli Samar Hamzanı və qırğızıstanlı Ayperi Medetqızını məğlubiyyətə uğradıb. Lakin həlledici görüşdə Türkiyə təmsilçisi Yasemin Adara məğlub olan Səbirə Əliyeva gümüş medalı aktivinə yazdırıb.

Bu çəki dərəcəsində qızıl medalı türkiyəli Yasemin Adar qazanıb. Üçüncü yerə isə qırğızıstanlı Ayperi Medetqızı çıxıb.

Xəbər 1800 dəfə oxundu.