Azərbaycanın kişi voleybolçuları İslamiadanı ikinci sırada başa çatdırıblar
Mayın 21-də İslamiadada kişi voleybolçuların yarışına yekun vurulub. Azərbaycan voleybolçuları yarışda ikinci yeri tutublar.

“Baku Crystall Hall”da keçirilən yarışın final görüşündə Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk setində 25:16 hesabı ilə İran millisi qalib gəlib. İran yığması ikinci seti çətinliklə öz xeyrinə başa vura bilib - 29:27. Üçüncü setdə də 25:18 hesabı ilə üstün olan İran milli komandası oyunda 3:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan millisi İslamiadanı ikinci, Türkiyə yığması isə üçüncü sırada başa vurub.

Xatırladaq ki, qadın voleybolçuların yarışın çempionluq sevincini Azərbaycan idmançıları yaşayıblar.

Xəbər 1709 dəfə oxundu.