İslamiada: Azərbaycanın kişi və qadın basketbolçuları finala vəsiqə qazanıblar
IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarında həm kişilərin, həm də qadınların mübarizəsində yarımfinal görüşləri başa çatıb.

Azərbaycanın qadın və kişi basketbolçuları yarımfinalda Türkiyə idmançıları ilə qarşılaşıblar. Qadın basketbolçularımız 17:7, kişi idmançılarımız isə 19:14 hesabı ilə qalib gəliblər.

Hər iki kateqoriyada yarımfinalın digər iştirakçısı olan Türkmənistanın qadın basketbolçuları Maliyə (9:13), kişi atletləri isə Qətərə (14:21) məğlub olublar.

Beləliklə, basketbol 3x3 üzrə qadınların yarışında Azərbaycanın millisi Mali, kişilərin mübarizəsində isə komandamız Qətər ilə qarşılaşacaq.

Həm qadınların, həm də kişilərin yarışında üçüncü yer uğrunda görüşlərdə Türkiyə və Türkmənistan təmsilçiləri mübarizə aparacaqlar.

Xəbər 1837 dəfə oxundu.