Stolüstü tennis üzrə kişi idmançılarımız finala vəsiqə qazanıblar
Mayın 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişi komandaları arasında yarımfinal görüşü keçirilib.

Təmsilçilərimiz yarımfinalda Türkiyə yığmasına 0:3 hesabı ilə məğlub olublar. İdmançılarımız bürünc medal uğrunda görüşə çıxacaqlar. Digər yarımfinal görüşündə İran millisi Səudiyyə Ərəbistanı üzərində 3:0 hesablı qələbə qazanıb.

Bu gün Azərbaycan komandası Səudiyyə Ərəbistanı təmsilçiləri ilə bürünc medal uğrunda mübarizə aparacaq.

Mayın 22-də isə Türkiyə millisi ilə İran yığması final görüşündə qarşılaşacaqlar.

Xəbər 1687 dəfə oxundu.