“Bakı-2017”: Stolüstü tennis üzrə qadın komandamız finalda
Mayın 21-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadın komandaları arasında yarımfinal mərhələsinin görüşləri keçirilib.

Qadın komandamız yarımfinalda Pakistan yığmasına 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Yarımfinalın digər görüşündə İranlı idmançılar Türkiyə komandasını 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, final görüşündə Azərbaycan millisi İran yığması ilə qarşılaşacaq. Bürünc medal uğrunda oyunda isə Türkiyə və Pakistan komandaları üz-üzə gələcəklər.

Xəbər 873 dəfə oxundu.