“Xəzər Lənkəran”da ilk qolunu vurub
Kosta-rikalı futbolçu Rendall Brenes “Xəzər Lənkəran”da qol hesabını açıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni komandasında ilk qolunu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə ilk oyununda vuran hücumçu klub tarixində 71-ci qolçu olub. Bu matçadək 70 futbolçu fərqlənmişdi ki, onların 44-ü milliləşənlər də daxil olmaqla legioner, 26-sı isə yerli futbolçu idi. Rendall bu siyahıya 45-ci əcnəbi və 2-ci kosta-rikalı kimi düşüb.

Həm Rendall, həm də Elnur Abdullayev ilk dəfə ölkə kubokunda “Xəzər Lənkəran” üçün qol sevinci yaşadı. Bu matçadək 39 oyunçu kubok matçlarında bunu bacarmışdı. Bu siyahıya Elnur 40-cı, Rendall isə 41-ci kimi düşdü. 41 oyunçudan isə 17-si yerli, 24-ü əcnəbidir.
Rendalldan başqa, həmçinin Kamal Bayramov, Rikardo Qomeş, Roberto Alviz, Stevan Bates də ilk dəfə Azərbaycan kuboku matçına “Xəzər Lənkəran” formasında çıxdılar. Bununla da kubokda klub formasını geyənlərin ümumi sayı 121-ə çatıb.

Xəbər 876 dəfə oxundu.