Suyatullanma yarışlarının sonuncu günündə atletlər iki növ üzrə mübarizə aparırlar
Mayın 21-də İslamiadanın Bakı Su İdmanı Sarayında keçirilən suyatullanma yarışlarının sonuncu günündə atletlər iki növ üzrə medallar uğrunda mübarizə aparırlar.

Kişi idmançılar 10 metr hündürlükdən sinxron, qadın atletlər isə 3 metr tramplindən suyatullanma üzrə yarışırlar.

Azərbaycanı kişilərin yarışında Artyom Danilov və Dmitri Sorokin, qadınların mübarizəsində isə Olqa Bıkovskaya təmsil edirlər.

Xəbər 610 dəfə oxundu.