İslamiada: Güləş yarışlarının sonuncu günündə qadın idmançılar səkkiz çəki dərəcəsində mübarizə aparırlar
Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Arenasında keçirilən güləş yarışlarının sonuncu günündə qadın idmançılar mübarizə aparırlar.

Gün ərzində səkkiz çəki dərəcəsində qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək.

Azərbaycan bütün çəki dərəcələri üzrə yarışlarda təmsil olunur. Qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) medallar uğrunda yarışlara qoşulublar.

Qadın güləşçilərin yarışlarında final görüşləri saat 18:00-da başlayacaq.

Xəbər 634 dəfə oxundu.