Murtuzəli Müslümov İslamiadanın sərbəst güləş yarışlarında gümüş medala sahib olub
Mayın 20-də Azərbaycan pəhləvanı Murtuzəli Müslümov IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarında gümüş medalla kifayətlənməli olub.

70 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə İran təmsilçisi Mostafa Hosseynxani ilə üz-üzə gəlib. Qarşılaşma 0:10 hesabı ilə iranlı pəhləvanın xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Xəbər 577 dəfə oxundu.