“Bakı-2017”nin futbol yarışının final matçının vaxtı dəyişdirilib
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışının final oyununun vaxtı dəyişdirilib.

Mayın 21-də Azərbaycan və Oman yığmaları arasında keçiriləcək final qarşılaşması saat 20:00-da deyil, saat 21:00-da başlayacaq.

Bu qərar final yarışının birbaşa yayımlanması və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun daha çox tamaşaçı tərəfindən izlənilməsini təmin etmək məqsədilə qəbul olunub.

Xəbər 642 dəfə oxundu.