“Bakı-2017”: Suyatullanma yarışlarının ikinci günündə Azərbaycan idmançısı qızıl medal qazanıb
Mayın 19-da IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suyatullanma yarışlarında Azəbaycan idmançısı qızıl medal qazanıb.

Qadınlar arasında 10 metr platformadan suyatullanma yarışında fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan idmançısı Olqa Bıkovskaya qalxıb. O, final mərhələsində 275,80 xal toplayaraq çempion olub.

Yarışın gümüş medalına isə indoneziyalı Della Harimurti layiq görülüb. O, 167,70 xal toplayıb. Bürünc medalı isə 161,95 xalla türkiyəli idmançı Sinəm Sağlam aktivinə yazdırıb.

Xəbər 911 dəfə oxundu.