Azərbaycanın U-17 millisi Makedoniya yığmasını iki cavabsız qolla məğlub edib
Makedoniyanın Skopye şəhərinə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Makedoniyanın U-17 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.

Hər iki qolu Turan Vəlizadə vurub.

Xəbər 574 dəfə oxundu.