Kişi voleybolçular arasında qrup mərhələsinin son oyunlarına start verilib
Mayın 19-da İslamiadada kişilər arasında voleybol yarışının qrup mərhələsinin son oyunlarına start verilib.

Günün açılış oyununda "A" qrupunda yer alan Türkiyə və Fələstin yığmaları qarşılaşır. Qrupun digər oyunu isə Türkmənistan və Pakistan komandaları arasında keçiriləcək.

"B" qrupunun oyunları çərçivəsində Qətər-Mərakeş, Əlcəzair-Səudiyyə Ərəbistanı görüşləri baş tutacaq.

Son təsnifat qarşılaşmalarından sonra bütün yarımfinalçılar məlum olacaq.

Kişi voleybolçular arasında yarımfinal matçları mayın 20-də, final görüşləri isə mayın 21-də keçiriləcək.

Xəbər 620 dəfə oxundu.