Braziliyalı qızlar Azərbaycana bir addım da yaxınlaşdılar
17 yaşadək qızlardan ibarət milli komandalar arasında futbol üzrə Cənubi Amerika çempionatında daha bir yarımfinalçı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, «B» qrupunda keçirilən IV turun oyunlarından sonra Braziliya futbolçuları 1/2 finala vəsiqəni təmin edib.

Bu il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın 1 addımlığında olan “sambaçılar” artıq yarımfinala vəsiqəni təmin edən Kolumbiyanı 5:1 hesabı ilə darmadağın ediblər. Bununla da qrupdakı son oyunların nəticələrindən asılı olmayaraq, Braziliya qrup qalibi, Kolumbiya isə 2-cisi kimi növbəti mərhələyə adlayıb. Autsayderlərin oyununda isə Paraqvay Çilini 2:1 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra Braziliya 3, Kolumbiya 4 oyundan 9 xal toplayıb. Venesuela və Paraqvayın 3 matçda 3 xalı varsa eyni sayda qarşılaşmaya çıxan Çili xala həsrətdirlər.

Qeyd edək ki, Braziliya və Kolumbiyanın artıq vəsiqəni təmin etdiyi yarımfinalda oynayacaq 4 komandadan 3-ü Azərbaycanda keçiriləcək mundiala vəsiqə qazanacaq.

Xəbər 1182 dəfə oxundu.