Ramin Əzizov “Bakı-2017”də Azərbaycan taekvandoçularının aktivinə altıncı qızıl medalı yazdırıb
“Bakı-2017”də kişilər arasında taekvando yarışlarında ölkəmizi təmsil edən Ramin Əzizov (87 kq) qızıl medal qazanıb.

Azərbaycan idmançısı final görüşündə iranlı Əhməd Məhəmmədi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rəqibinə 16:14 hesabı ilə qalib gələn Ramin Əzizov "Bakı-2017"də Azərbaycan taekvandoçularının aktivinə altıncı qızıl medalı yazdırıb.

Bürünc medalları Türkiyə idmançısı Sərdar Yüksəl və Kot D`İvuar təmsilçisi Seydou Qbane əldə ediblər.

Mübarizəyə dörddəbir finaldan qoşulan Ramin Əzizov iordaniyalı Anas Sadekə 27:8 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda türkiyəli Sərdar Yüksəldən 13:5 hesabı ilə üstün olub.

Xəbər 617 dəfə oxundu.