Teymur Məmmədov Azərbaycanın İslamiadada 55-ci qızıl medalının müəllifi olub
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 91 kiloqram çəki dərəcəsində mübarizənin finalında qalib gələn Teymur Məmmədov Azərbaycanın İslamiadada 55-ci qızıl medalının müəllifi olub.

Olimpiya mükafatçımız Teymur Məmmədov həlledici mərhələdə türkiyəli Burak Akşinlə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 3:2 hesabı ilə qələbə qazanan Teymur Məmmədov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamdalayiq görülüblər.

Xəbər 535 dəfə oxundu.