Məhəmmədrəsul Məcidov Azərbaycan boksçularının aktivinə üçüncü qızıl medalı yazdırıb
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının sonuncu qızıl medalına Azərbaycan idmançısı Məhəmmədrəsul Məcidov sahib olub.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin həlledici qarşılaşmasında idmançımızın rəqibi suriyalı Manaf Asaad olub.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada 4:1 hesabı ilə qalib gələn Məhəmmədrəsul Məcidov boks millimizin aktivinə İslamiadanın üçüncü qızıl medalını yazdırıb.

Mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş bu çəki dərəcəsində bürünc medallara layiq görülüblər.

Xəbər 534 dəfə oxundu.