İslamiada: Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov qızıl medal qazanıb
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi yarışlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Kamran Məmmədov milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb.

K.Məmmədov həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medallara türkiyəli Abdulsamet Günal və iranlı Mehdi Zeidvand sahib olublar.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Xəbər 694 dəfə oxundu.