Kamran Şahsuvarlı İslamiadada boksçularımızın aktivinə ikinci gümüş medalı yazdırıb
Boks üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarında növbəti gümüş medalı aktivinə yazdırıb.

Yarışda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Kamran Şahsuvarlı finalda qazaxıstanlı Tursunbay Kulahmet ilə rinqə çıxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı 0:5 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.

Bu çəki dərəcəsində bürünc medallara kamerunlu Vilfred Dieudonne Seyi Ntsenue və mərakeşli Youness Qarroumi sahib olublar.

Xəbər 557 dəfə oxundu.