Güləşçimiz Elvin Mürsəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan güləşçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi, ilk Avropa Oyunlarının qızıl medalçısı Elvin Mürsəliyev finalda Türkiyə idmançısı Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq millimizin aktivinə 54-cü qızıl medalı yazdırıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Xəbər 569 dəfə oxundu.