Boksçumuz Rauf Rəhimov İslamiadanı gümüş medalla başa vurub
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında mübarizə aparan Rauf Rəhimov (81 kq) qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gəlib.

Görüşdə 1:4 hesabı ilə məğlub olan boksçumuz İslamiadanı ikinci sırada başa vurub.

Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ yarışda üçüncü pillədə qərarlaşıblar.

Xəbər 544 dəfə oxundu.