“Bakı-2017”: suya tullanma yarışlarının ilk günündə idmançımız bürünc medal qazanıb
Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında çıxış edən Azərbaycan idmançısı bürünc medala layiq görülüb.

Kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında 331,25 xal toplayan Azərbaycan idmançısı Dmitri Sorokin bürünc medala layiq görülüb.

Fəxri kürsünün ən yüksək pilləsinə iranlı Mojtaba Valipour qalxıb. O, final mərhələsində toplam 338,35 xalla qızıl medal qazanıb. Yarışın gümüş medalına isə indoneziyalı Rafi Aldiansyah layiq görülüb. O, 332,40 xal toplayıb.

Bu yarışda çıxış edən digər təmsilçimiz Artyom Danilov 323,95 xalla fəxri kürsüdə yer ala bilməyib.

Qaliblərə medalları Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov təqdim edib.

Xəbər 579 dəfə oxundu.