İslamiada: Taekvandoçumuz Səid Quliyev yarışda mübarizəni dayandırıb
“Baku-2017”də taekvando yarışlarında kişilərin mübarizəsində ölkəmizi 74 kiloqram çəki dərəcəsində təmsil edən Səid Quliyev dörddəbir finaldakı ilk görüşündə Surinam idmançısı Toş Van Diyk Niyaz ilə döyüşüb.

Gərgin idman mübarizəsi şəraitində keçən döyüş rəqib idmançının 19:17 hesablı üstünlüyü ilə yekunlaşıb.

Beləliklə, taekvandoçumuz yarışlarda mübarizəni dörddəbir final mərhələsində dayandırıb.

Xatırladaq ki, bu gün Azərbaycanın dörd taekvandoçusu medallar uğrunda mübarizəyə qoşulub. Onlardan ikisi “Baku-2017”nin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Xəbər 560 dəfə oxundu.