Azərbaycan güləşçisi İslam Abbasov finala vəsiqə qazanıb
Yarışda 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov finala yüksəlib.

Azərbaycan təmsilçisi yarımfinalda Qırğızıstan güləşçisi Azat Beişebekov ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə İslam Abbasovun xeyrinə başa çatıb.

Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcəsində idmançılar mübarizə aparıblar. Güləşçilərimiz yarışın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Qızıl medalı yığmamıza 98 kiloqram çəki dərəcəsində yarışan Orxan Nuriyev qazandırıb. Rafiq Hüseynov (80 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) aktivlərinə yazdırıblar.Yarışda 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Qırğızıstan güləşçisi Azat Beişebekov ilə qarşılaşıb. Görüş 3:1 hesabı ilə İslam Abbasovun xeyrinə başa çatıb.

Xatırladaq ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcəsində idmançılar mübarizə aparıblar. Güləşçilərimiz yarışın ilk gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Qızıl medalı yığmamıza 98 kiloqram çəki dərəcəsində yarışan Orxan Nuriyev qazandırıb. Rafiq Hüseynov (80 kq) gümüş medala yiyələnib. Bürünc medalları isə Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) aktivlərinə yazdırıblar.

Xəbər 582 dəfə oxundu.