İslamiadada güləş yarışlarının ikinci günündə 4 pəhləvanımız xalça üzərinə çıxır
Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir.

İkinci yarış günündə 66, 75, 85 və 130 kiloqram çəkidə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Bu çəkilərdə Azərbaycanın idman şərəfini Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Sabah Şəriəti (130 kq) qoruyurlar.

Güləş yarışlarının ilk günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələniblər.

Xəbər 546 dəfə oxundu.