"Bakı-2017": Stolüstü tennis yarışlarında dörddəbir final mərhələsi başlayıb
Mayın 18-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınlar və kişilər arasında fərdi yarışların dörddəbir final mərhələsi başlayıb.

Qadınların yarışında yarımfinal uğrunda Mələk Hu (Türkiyə) - Rəhilə Kaşif (Pakistan), Məriəm Səmet (İran) - Miao Vanq (Azərbaycan), Nedə Şahsavari (İran) - Özgə Yılmaz (Türkiyə), Diana Əssi (Fələstin) - Zinq Ninq (Azərbaycan) qarşılaşmaları keçiriləcək.

Kişilərin mübarizəsində isə Li Pinq (Qətər) – Olajide Omotayo (Nigeriya), Batuhan Ulucak (Türkiyə) - Nima Ələmiən Dərounkoəlei (İran), Ahmed Li (Türkiyə) - Əli Əlkhədrəvi ( Səudiyyə Ərəbistan), Xinhanq Yu (Azərbaycan) - Noşad Ələmiyən Derounkoəlei (İran) oyunları baş tutacaq.

Stolüstü tennis yarışı “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilir.

Xəbər 532 dəfə oxundu.