“Bakı-2017”: Radik İsayev “Bakı-2017”nin qızıl medalı uğrunda yarışacaq
Kişilərin taekvando yarışlarında 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev "Bakı-2017"nin qızıl medalı uğrunda yarışacaq.

Təmsilçimiz yarımfinalda iordaniyalı Hamza Kattana qalib gələrək finala vəsiqə qazanıb. Radik İsayevin finaldakı rəqibi özbəkistanlı Dmitri Şokin olacaq.

Xəbər 648 dəfə oxundu.