Azərbaycan taekvandoçusu İslamiadanın finalında
Taekvandoçumuz Milad Beigi Hərçəqani (80 kq) İslamiadanın finalına adlayıb.

Təmsilçimiz yarımfinalda iranlı Əlireza Dərvişpurla görüşüb. Azərbaycan idmançısı rəqibi üzərində 24:4 hesabı ilə inamlı qələbə qazanaraq finala yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yarımfinal qarşılaşmasına baxıblar.

Xəbər 582 dəfə oxundu.