75 nəfər cinayətdə ittiham olunur
Misirdə keçən ay yaşanan futbol tarixinin ən qanlı hadisəsi ardından, Misir prokurorluğu 75 nəfərə iddia açdı. İdman.com.az saytının məlumatına görə, bu insanlar Port Səid şəhərində iki rəqib fanat qrupunun arasında çıxan hadisələrdə əsas günahkarlardır.

«Əl-Misri» və «Əl-Əhli» arasındakı matçın 90 dəqiqəsi sonunda gələn fit ardından ev sahibinin fanat ordusu meydana atılaraq rəqib azarkeşlərinə hücum etmişdi. Hadisələrdə 70 nəfər həyatını itirmiş, yüzlərlə insan yaralanmışdı.

Prokurorluq, hadisənin matçdan əvvəl planlandığını, daş, taxta parçaları və bıçaqların stadiona gətirildiyini, polisin də qanlı hadisəni izləməklə kifayətləndiyini müəyyən edib. Port Səid şəhərinin təhlükəsizlik rəisi İssam Samak da mühakimə olunacaqlar arasındadır.

Xəbər 1079 dəfə oxundu.