İslamiada: Ayxan Tağızadə "Bakı-2017"nin qızıl medalı uğrunda yarışacaq
Taekvandoçumuz Ayxan Tağızadə (68 kq) IV İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə əldə edib.

Azərbaycan idmançısı yarımfinal görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi Səud Al Muvalladı 18:9 hesabı ilə məğlub edərək "Bakı-2017"nin qızıl medalı uğrunda yarışmaq hüququ qazanıb.

Xəbər 590 dəfə oxundu.