“Zirə” klubu Nurlan Novruzov ilə yollarını ayırıb
“Zirə” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Müqaviləsi başa çatan Nurlan Novruzov karyerasını başqa klubda davam etdirəcək. Hücumçu ilə baş məşqçi Ayxan Abbasov arasında baş tutan görüşdən sonra bu haqda qərar verilib.

Komanda rəhbərliyi ötən mövsümdən klubun şərəfini qoruyan Nurlan Novruzova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Xəbər 650 dəfə oxundu.