İslamiada: Ağır atletika yarışının sonuncu günündə Misirin qadın idmançılarının ikinci qızıl medalı
Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə qadınların yarışında Misir idmançıları ikinci qızıl medalı aktivlərinə yazdırıblar.

90 kiloqram çəki dərəcəsində olduğu kimi, 90 kiloqramdan yuxarı çəki dərəcəsində də Misirli qadın atlet çempion adına layiq görülüb. Bu ölkənin təmsilçisi Şaima Haridi 275 kiloqramı (120+155) ram edərək yarışın birincisi olub.

İndoneziyalı Nurul Akmal 230 kiloqram (99+131) nəticə ilə ikinci pillədə qərarlaşıb. İlk üçlüyü isə 221 kiloqram (95+126) nəticə ilə tunisli Marva Jelassi tamamlayıb.

Azərbaycan bu çəki dərəcəsində yarışda təmsil olunmayıb.

Xəbər 546 dəfə oxundu.