Azərbaycanın iki komandası dairəvi stend üzrə qarışıq komanda yarışının finalına vəsiqə qazanıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha iki komandası dairəvi stend üzrə qarışıq komanda yarışının finalına yüksəlib.

Birinci komandamızda Niyaz Ağazadə və Regina Meftahətdinova, ikinci komandamızda isə Emin Cəfərov və Nurlana Cəfərova birincilik uğrunda mübarizə aparacaqlar. Hər iki komandamız 89 xalla finala vəsiqəni təmin ediblər.

Xəbər 546 dəfə oxundu.