Güləşçilərimiz Rafiq Hüseynov və Orxan Nuriyev finalda
Azərbaycanın yunan-Roma güləşçiləri Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.

Final uğrunda mübarizədə R.Hüseynovun rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub. İdmançımız vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib.

Orxan Nuriyev isə yarımfinalda Özbəkistan təmsilçisi Rüstəm Assakalova 5:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb.

Xəbər 801 dəfə oxundu.