Rəsul Çunayev İslamiadaya təmiz qələbə ilə başlayıb
Güləş yarışlarının birinci günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

71 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rəsul Çunayev ilk görüşündə əlcəzairli Akrem Boudjemline ilə qarşılaşıb. İdmançımız 1 dəqiqə 4 saniyə ərzində təmiz qələbə qazanıb - 8:0.

Bu qələbə sayəsində Rəsul Çunayev yarımfinala vəsiqə qazanıb.

Xəbər 560 dəfə oxundu.