Azərbaycan taekvandoçularının “Bakı-2017”də ilk qızıl medalı
Mayın 16-da Azərbaycan taekvondoçuları “Bakı-2017”də ilk qızıl medalı aktivlərinə yazdırıblar.

Qadınlar arasında yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Yaprak Eriş finalda türkiyəli Dürdane Altuneli 5:4 hesabı ilə məğlub edərək İslamiadada taekvandoçularımızın ilk qızıl medalını qazanıb.

Bürünc medalları isə iranlı Parsa Tayebeh və Mərakeş idmançısı Nada Laaraj əldə ediblər.

Qaliblərə medalları Azərbaycan Taekvando və Boks federasiyalarının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan idmançımız bu mərhələdə Pakistan təmsilçisi Farsin Hamdani üzərində 29:3 hesabı ilə inamlı qələbə qazanıb. Yaprak Eriş yarımfinal görüşündə iranlı Parsa Tayebehə 14:12 hesabı ilə qalib gəlib.

Xəbər 677 dəfə oxundu.