Maksim Şemberev dördüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb | |
Azərbaycan idmançısı Maksim Şemberev İslamiadada kişilər arasında 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışında rəqiblərini qabaqlayaraq dördüncü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz 7:54.34 saniyə nəticə ilə IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. İkinci yeri indoneziyalı Aflah Pravira tutub - 8:16.00 saniyə. Türkiyəli Ediz Yıldırımer isə 8:16.66 saniyə nəticə ilə bürünc medala layiq görülüb. |
|
Xəbər 697 dəfə oxundu. |
|
|