Azərbaycanın paralimpiyaçı atletləri “Bakı-2017”nin finalına yüksəliblər
IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında iki Azərbaycan idmançısı finala vəsiqə qazanıb.

Qadınlar arasında 100 metr məsafəyə qaçış yarışlarında atletlərimiz Yelena Çebanu və İradə Əliyeva qızıl medal uğrunda mübarizə aparacaqlar.

Bu gün təşkil olunacaq finalda Azərbaycan atletləri ilə yanaşı, mərakeşli Məryəm Ən-Nuri və İndoneziya idmançısı Endanq Sitorus yarışacaq.

Xəbər 621 dəfə oxundu.