Ruslan Lunyov İslamiadada dördüncü medalını qazanmağa çox yaxındır
Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışının finalına vəsiqə qazanıb.

İdmançımız 574 xal toplayıb. Digər idmançılarımız Rəsul Məmmədov və Tahir Ağazadə isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal). Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib.

Ruslan Lunyov İslamiadada qızıl medalı kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında aktivinə yazdırıb.

Xəbər 598 dəfə oxundu.