Azərbaycan taekvandoçularının “Bakı-2017”nin yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib
IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında Azərbaycan idmançılarının yarımfinaldakı rəqibləri müəyyənləşib.

Azərbaycan idmançısı, taekvando üzrə respublika birinciliyinin qalibi, gənclər arasında dünya çempionatının mükafatçısı Qaşım Maqomedov (54 kq) yarımfinalda türkiyəli Deniz Dağdelenle qarşılaşacaq.

Qadın taekvandoçumuz klublararası Avropa çempionatının bürünc mükafatçısı Yaprak Erişin (57 kq) isə yarımfinaldakı rəqibi İran təmsilçisi Tayabeh Parsa olacaq.

Xəbər 909 dəfə oxundu.