Qadın gimnastımız Marina Nekrasova dayaqla tullanma yarışında gümüş medala layiq görülüb
IV İslam Həmrəyliyi Oyunlarında qadın idman gimnastlar arasında yarışın final mərhələsində təmsilçimiz Marina Nekrasova 13.750 xalla gümüş medala layiq görülüb.

Qızıl medala 14.250 xalla Özbəkistan təmsilçisi Oksana Çusovitsina, bürünc medala isə 13.025 xalla İndoneziya gimnastı Rifda İnfanalutfi sahib olublar.

Xəbər 644 dəfə oxundu.