Ənvər Məhərrəmov: İndoneziya komandasının təcrübəli rəqib olmasına baxmayaraq qələbə qazana bildik
Su polosu oyunlarının ikinci günündə gərgin mübarizə şəraitində keçən görüşdə rəqibimizin güclü olmasına və bəzi çətinliklərə baxmayaraq komandamız üstünlüyü ələ keçirərək qalib oldu.

Bunu müsahibəsində su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ənvər Məhərrəmov söyləyib. IV İslam Həmrəyliyi Oyunlarına uzun müddət çox ciddi və məsuliyyətlə hazırlaşdıqlarını bildirən Ə.Məhərrəmov məşqlərin uğurla keçirildiyini söyləyib.

O deyib: "İndoneziyanın millisi çox təcrübəli idi. Oyunun əvvəlində çox həyəcanlı idik və bəzi çətinliklərimiz də oldu. Ancaq bütün bunlara baxmayaraq qalib gələ bildik. Bəzi hücum taktikalarından istifadə etdik və bu, çox uğurlu alındı. Bu, bizim İndoneziya komandası ilə ikinci görüşümüz idi. Birinci oyunumuz İranda keçirilən "Tehran-2015" yarışmasında olmuşdu və oyun yenə də bizim qələbəmiz ilə nəticələnmişdi. Qarşıda bizi qardaş Türkiyə və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə gözləyir".

Ənvər Məhərrəmov Azərbaycanda idmanın inkişafına dövlətimiz tərəfindən yüksək diqqət və qayğının göstərildiyini xüsusi qeyd edib. Bildirib ki, 2015-ci ildə Su İdmanı Kompleksinin və digər idman obyektlərinin aşılması gənclərin bu sahəyə olan marağının artmasına səbəb olub

Xəbər 654 dəfə oxundu.