Anatoli Demyanenkonun müqayisəsi
Tanınmış ukraynalı məşqçi Anatoli Demyanenko vaxtilə baş məşqçisi olduğu “Neftçi” klubunun infrastrukturuna qiymət verib. İdman.com.az saytının məlumatına görə, hazırda vətənində “Volın”a rəhbərlik edən mütəxəssis hazırkı komandasının şəraitindən gileylənib. O, Lutsk təmsilçisinin məxsus olduğu qurğuları əvvəllər çalışdığı “Neftçi” və Özbəkistanın “Nasaf” klublarındakı ilə müqayisə edib:

“Çalışdığım bu 3 klubun infrastrukturları təxminən eyni səviyyədədir. Əvvəllər də dediyim kimi, problem öz bazamızın olmaması və yaxşı məşq meydanlarının yoxluğudur. Klub rəhbərliyi hazırda bu məsələ üzərində çalışır və yaxın zamanda qaydasına qoyacaq”.
Qeyd edək ki, Demyanenko 2008-ci ilin yanvarından avqustuna qədər “Neftçi”nin baş məşqçisi olub.

Xəbər 1094 dəfə oxundu.