Sümeyya Kentli: “Məni sona qədər dəstəklədikləri üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm”
12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.Bu gün çəkisi 58 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Qalib adını türkiyəli atlet Sümeyya Kentli qazanıb. O, birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırmada 117 kq-ı ram edib. Toplam 207 kq (90+117) nəticə göstərən qardaş ölkə təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Türkiyəli atlet yarışdan sonra qələbə sevincini AAAF TV ilə bölüşüb:

“Yarışdakı çıxışımı çox yaxşı dəyərləndirirəm. Burada hazırlıq zamanı etmədiyim nəticəni göstərdim. Məni yarış zalında sonadək dəstəklədikləri üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Özümü burada Türkiyədəki kimi hiss etdim”.

Xəbər 552 dəfə oxundu.