Azərbaycan üzgüçüsü IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub
Üzgüçülük yarışlarında 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının final mərhələsində birinci yerin sahibi Azərbaycan təmsilçisi Maksim Çemberov olub. İdmançımız 15:07.29 saniyəlik nəticə ilə bu uğura imza atıb.

İndoneziya təmsilçisi Afla Pravira (15:41.12 s.) finişə ikinci gəlib. Türkiyə təmsilçisi Ediz Yıldırım (16:02.76 s.) üçüncü yeri tutub.

Xəbər 561 dəfə oxundu.