Cüdoçumuz İrina Kindzerska IV İslam Həmrəyliyi Oyunlarını gümüş medalla başa vurub
Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə qadın təmsilçimiz İrina Kindzerska gümüş medal qazanıb.

Qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska finalda türkiyəli rəqibi Kayra Sayıta məğlub olaraq gümüş medalla kifayətlənib.

İrina Kindzerska 2013-cü ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının bürünc mükafatçısıdır. 2012-ci il London Yay Olimpiya Oyunlarını beşinci yerdə başa vuran idmançımız dəfələrlə cüdo üzrə Qran-pri turnirlərinin qalibi və mükafatçısı olub.

Xəbər 770 dəfə oxundu.