Azərbaycanın qadın həndbolçuları “Bakı-2017”nin çempionu olublar
Mayın 14-də qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.

Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

Xəbər 721 dəfə oxundu.